Post Reply 
 
Thread Rating:
  • 0 Votes - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
«Mən 18 yaşında modelə oxşayıram»
02-27-2010, 03:26 PM
Post: #1
«Mən 18 yaşında modelə oxşayıram»
[Image: cemile_201236994.jpeg&size=article_medium]


Cəmilə: «Sevgisiz heç bir qadin yaşaya bilməz»

Müğənni Cəmilə səfərdən yenicə dönüb. Bu barədə “Üç nöqtə” qəzetinə məlumat verən müğənni səfərinin işgüzar zəmində keçdiyini bildirib. Eskot adlı amerikalı reperle duet oxuyan Cəmilə ifa etdiyi mahnını ekranlaşdırmağı da planlaşdırır. Müğənni hazırda sözügedən ekran əsərini lentə almaq üçün rejissor seçimi edir. “Mən Bakıda olmayanda, haqqımda müxtəlif şayiələr yayılmışdı. Əvvəl dedilər ki, guya evim yanıb. Amma həmin ev mənimlə eyni blokda yaşayan Cəmilənin evi idi. Heç mən evimə kirayəçi buraxaram? O qədər pul verib, evi lüks təmir etdirmişəm. Ancaq kaş ki, elə bu son şayiə olardı, lakin xaricdən qayıdandan sonra da mənim ərə getməyim haqqında xəbərlər yayıldı. Mənim o boyda oğlanlarım, nəvəm var. Mənə yaraşmaz bundan sonra gəlinlik paltarı geyinim. Əlbəttə sevgisiz heç bir qadın yaşaya bilməz” deyərək barəsində gəzən söhbətlərə aydınlıq gətirdi. Müğənni bununla yanaşı özünü gənc hiss etdiyini və hətta model kimi gözəl olduğunu da söyləyib: “Mən indi elə arıqlamışam ki, 18 yaşında modelə oxşayıram. Haqqımda məntiqsiz şayiələr yayanlar bunu paxıllıqdan edirlər. Çünki özlərinin qarnı sallanır, ayaqları da elə bil fil budlarına bənzəyir, bədənləri də “begemota” oxşayır”-deyən mügənni bu xəbərlərin düşmənləri tərəfindən yayıldığını da vurğulayıb.
“Bəzi verilişlərdə adımı hallandırmaqla guya məni antireklam edirlər. Amma balaca uşaq da bilir ki, onlar bununla özlərinə sadəcə reytinq toplamağa çalışırlar”- deyən Cəmilə yeni ifa etdiyi mahnılardan ibarət albom buraxacağını da əlavə etdi. 6 dili öyrəndiyini bildirən müğənni gələn ay Fransa səfərinə də hazırlaşır. Belə ki, o, Novruz bayramı ərəfəsində vətəndə olmayacaq.
Share |
Find all posts by this user
Quote this message in a reply
Post Reply 


Forum Jump:

Contact UsHomeReturn to TopReturn to ContentLite (Archive) ModeRSS Syndication