Post Reply 
 
Thread Rating:
  • 0 Votes - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
"Honda" Bakıya yeni modelini gətirir
02-27-2010, 04:56 PM
Post: #1
"Honda" Bakıya yeni modelini gətirir
[Image: 3c1cb41870-11.jpg]

"Accord Sport" modelinin ilk partiyası bu həftə təqdim ediləcək

“Honda” Avtomobil Mərkəzi bu həftə “Honda Accord Sport” minik avtomobilinin yeni modelinin ilk partiyasını Bakıya gətirəcək. “Honda” Avtomərkəzinin marketinq şöbəsindən verilən məlumata görə, avtomobilin qiyməti 30 999 manat olacaq. Maşını kreditlə də almaq mümkün olacaq.

Hazırda Bakıda “Honda”nın 5 modeli var, onlardan ən populyarı “CRV”dir.

2009-cu ildə Azərbaycanda “Honda”nın satış həcmi gözləniləndən az olub. Bu il üçün proqnozlar da "davam edən iqtisadi böhranla bağlı" nikbin deyil.

“Honda” Avtomobil Mərkəzi 2008-ci ilin iyulundan fəaliyyət göstərir. “Honda” avtomobilləri həmçinin Xaçmazda miks-salonda satılır. Bu avtosalonda “Honda”, “Subaru” və “Mazda” təqdim edilir. Distribütor “Baku İnvestment co” şirkətidir.
Share |
Find all posts by this user
Quote this message in a reply
Post Reply 


Forum Jump:

Contact UsHomeReturn to TopReturn to ContentLite (Archive) ModeRSS Syndication