Здесь можно скачать бесплатно песню Həzrəti Əlinin(r.a)

Həzrəti Əlinin(r.a) ayağına döyüş zamanı bir ox batmışdı. Ox sümüyə girdiyi üçün onu heç cür çıxarda bilmirdilər. Gətirilən həkim yaranın dərinliyini görüncə deyir:
-Ancaq sizi bihuş edərək bu oxu çıxara bilərik. Yoxsa ağrısına dözə bilməzsiniz.
Həzrəti Əli(r.a )belə cavab verir:
- Bihuşedici dərmana ehtiyac yoxdur. Bir az gözləyin, namaz vaxtı gəlsin. Mən namaz qılmağa başlayanda oxu çıxardarsınız.
Bir az gözlədikdən sonra namaz vaxtı girir. Həzrəti Əli(r.a) dəstəmaz alıb ALLAH-a böyük bir sevgi və ehtiramla namaz qılmağa başlayır. Uca Rəbbi ilə ünsiyyətdə olmağın verdiyi həzz sanki onu bihuş etmişdi. Bu arada həkim oxu çıxartmışdı, yaranı sarımışdı. Həzrəti Əli(r.a) namazı bitirən kimi həkimdən soruşur:
- Oxu çıxartdınmı?..
ALLAH sevgisi ilə coşub-daşan bu iman örnəyi, bu nurlu köks sümüyə dirənmiş oxun çıxarılmasını hiss etməmişdi...
FikirLərinizi bildirməyi unutmayın..
Size:

