Здесь можно скачать бесплатно песню Amma...

Amma bilmədiyiniz hər insanın öz həyat yolunu,taleyini gələcəyini özünün təyin etməsindədir
İnsanlar qismətə,taleyə inanarlar ancaq əməllərinin nəticəsində hər kəs öz yolunu seçdiyini unudub,kimin qismətinə nə yazılıbsa onu yaşayar deyə düşünərlər.
Amma bilmədiyiniz hər insanın öz həyat yolunu,taleyini gələcəyini özünün təyin etməsindədir...
Bütün günü mənfi enerjidə olub,hər şeyə pis tərəfdən baxarsan.Bəlkədə əslində istədiyin budur ağlamaq,mənfi enerjini özündə cəmləmək,ətrafındakılarada bunu hiss etdirmək.Amma sən bunu qəbul etməyi yox buna qismətim belədir deyərək özünə təsəlli verməyi üstün tutarsan.
Bilə bilməzsən səni nə qədər çox sevdiyimi,bilə bilməzsən sənsiz keçən hər saniyəmin ölüm olduğunu.(Yəqin ki,bir çoxlarımız sevgililərin dilindən bunları eşitmişik.)Amma nə qədər söylənsədə boşdur. ..Xəyallarda sevərsən sadəcə amma acı həqiqəti qəbul etməzsən..Söyləyə bilməzsən,qəbul edə bilməzsən.
Ağrıları ilk dəfə yaşadığın kimi hiss edərsən. Yaşadan fərqlidir çünki dözə bilməz , yaşamaq istəməzsən .Amma süründürülərsən bir ağrıdan bir ağrıya …yorularsan düzgün yolu tapa bilməzəsən.Küsər sonra barışarsan ,izah edə bilmədiklərin ağrılarındadır əslində ..Deyərsənki, mən sadəcə sevmək sevilmək istədim ,bunlar çoxdurmu? Başda bu uzun müddət davam edər sonra zaman keçdikcə deyərsən öz-özünə ‘'mən sevdim ‘' amma o .'O ' məni kifayət qədər sevmədi. ..sevə bilmədi istədiyim kimi....Deyər özünü ovudarsan amma qarşıdakı əzab,ağrı səni gözləyər , heç bir zaman kiçilməz ...istədiyin zaman həmişə ordadır ..sadəcə zaman keçdikcə bir təbəssümə dönəcək …Buna görə sevə bilməzsən başqasını,əvvəl yaşadıqların səni rahat qoymaz.Hər an eyni şeyləri bir daha yaşaya bilərsən qorxusunu içindən ata bilməzsən.Həmdə heç kəs heç kəsi əvəz edə bilməz.Hər kəsin yeri ayrıdır.Hər kəsin düşüncəsi sevmək fərqi ayrıdır.Heç kəs heç kəsin yerini dolura bilməz.Ancaq bitmiş bir şeyin arxasınca ağlamaq özünü ovutmaqda bir şey deyil.Bu o demək deyil ki,həyat sona çatdı,bu o demək deyil ki,həyat sənin üçün dəyərini itirdi əsla.Bu canı bizə Allah verib,əgər yaşadıqlarımız bizə bu agır gəlirsə bunların üstəsindən gəlmək üçün zaman var.
Bəs siz həyatda yaşadığınız bütün uğursuzluqları qismətinizlə əlaqələndirirsiniz?
Size:

